
Qəzzada son vəziyyət açıqlanıb.
Gununsesi.info -nun verdiyi xəbərə görə, bölgədə 236 gündür davam edən hücumlarda can itkisi artır.
İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 6 “qırğın” həyata keçirdiyi və bu hücumlarda daha 75 fələstinlinin həyatını itirdiyi, 284 fələstinlinin isə yaralandığı bildirilib.
Oktyabrın 7-dən etibarən hücumlarda ölənlərin sayı 36 min 171-ə, yaralıların sayı isə 81 min 420-yə yüksəlib.
Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də bildirilib.