
Bloqer Fatima Mövlamlı və Nicat Ismayıl Qəbələdə polis tərəfindən saxlanılıb.
Gununsesi.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ictimai yerdə nalayiq hərəkətlərə görə onlar polis şöbəsinə dəvət olunublar:
“İctimai qayda pozuntusuna yol verən həmin şəxslər barəsində qanunamüvafiq tədbir görüləcək”.
Saxlanılan şəxslərdən Nicat İsmayılın Qəbələ rayonu ərazisində küçədə sərxoş halda söyüş söyməsi bildirilir.