Azərbaycanın gənclər və idman naziri rusiyalı həmkarı ilə görüşüb

  • By ilhame
  • 24 Oktyabr 2023 21:14

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Fransanın paytaxtı Parisdə Rusiyanın idman naziri Oleq Matıtsinlə görüşüb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Rusiya İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Matıtsin Azərbaycan idmançılarını Rusiyada keçiriləcək beynəlxalq yarışlara dəvət edib.

Qeyd edək ki, oktyabrın 24-dən 26-dək YUNESKO-nun mənzil-qərargahında idmanda dopinqə qarşı beynəlxalq konvensiya tərəflərinin Konfransının 9-cu sessiyası keçirilir.

Gununsesi.info