
İsrailin Qəzza zolağına endirdiyi hava hücumları nəticəsində daha bir media əməkdaşı həlak olub.
Gununsesi.info xəbər verir ki, WAFA agentliyinin məlumatına görə, yerli “Qosol Əl-Aqsa” radiosunun əməkdaşı Dua Şərəf və qızı Əz-Zavəyda kəndindəki evinin atəşə tutulması zamanı həlak olublar.
Şərəf “Əl-Aqsa” radiosunda verilişin aparıcısı olub.
Həmin gecə İsrail döyüş təyyarələri Tel əl-Heva, Əz-Cavazat, Nəfak küçəsi və Yarmuk stadionunun ətrafının məskunlaşma məntəqələrini intensiv atəşə tutub.
Bununla da İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində həlak olan fələstinli jurnalistlərin sayı 21-ə çatıb.
Gununsesi.info