
ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb.
Gununsesi.info xəbər verir ki, görüş zamanı Qəzzada cari hadisələr və girovların, o cümlədən Həmas tərəfindən girov götürülən ABŞ vətəndaşlarının azad edilməsi müzakirə edilib.
Bayden və Netanyahu Qəzza zolağından tez bir zamanda çıxmaq istəyən xarici vətəndaşların təhlükəsiz çıxışını müzakirə ediblər.
ABŞ prezidenti Qəzzaya humanitar yardımın çatdırılmasının və oradakı mülki əhalinin qorunmasının vacibliyini vurğulayıb.
Bayden deyib ki, İsrail öz vətəndaşlarını terrordan qorumaq üçün hər cür hüquq və məsuliyyət daşıyır və bunu beynəlxalq hüquq çərçivəsində etməlidir.
ABŞ lideri əlavə edib ki, bu böhrandan sonra növbəti addım israillilər və fələstinlilər arasında daimi sülhə gedən yol olmalıdır.
İki ölkənin liderləri daimi əlaqə saxlamaq barədə razılığa gəliblər.
Gununsesi.info