Putindən fərman: Rus ordusunun sayı artırıldı

Rusiya prezidenti Vladimir Putin öz fərmanı ilə Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayını təxminən 170 min nəfər artırıb.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, sənədə əsasən, silahlı qüvvələrin ştat səviyyəsi 2 209 130 nəfər, o cümlədən 1 320 000 hərbi qulluqçu müəyyən edilib. Əvvəlki fərmanla bu rəqəm 2 milyon 39 min 758 nəfər, o cümlədən 1 milyon 150 min 628 nəfər hərbi qulluqçu olub. Müddəti bitmiş fərman 2023-cü il yanvarın 1-dən qüvvəyə minib.

“Rusiya Federasiyası Silahlı Qüvvələrində hərbi qulluqçuların sayının artırılması müqavilə əsasında hərbi xidmət keçmək arzusunda olan vətəndaşların hesabına mərhələli şəkildə həyata keçirilir. Bununla əlaqədar olaraq, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulmur. Səfərbərlik nəzərdə tutulmayıb”, – Rusiya Müdafiə Nazirliyi prezidentin fərmanını şərh edərkən bildirib.

Gununsesi.info