
Oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində 73 jurnalist həlak olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Fələstin Hökumətinin Qəzzadakı Media Ofisi məlumat yayıb.
Açıqlamada ölən media mənsublarından bəzilərinin birbaşa İsrail ordusunun raket zərbələrinə məruz qaldığı, bəzilərinin isə evlərinin hava hücumları nəticəsində dağıdılması nəticəsində ailələri ilə birlikdə öldüyü bildirilib.
Dekabrın 1-də İsrailin hücumları nəticəsində daha 3 jurnalistin həlak olduğunu bildirən Media Ofisinin sözçüsü İsrailin həqiqətə işıq salan və yerindən faktlar çatdıran mətbuat mənsublarını təqib etməkdə davam etdiyini vurğulayıb.
O qeyd edib ki, oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində həlak olan jurnalistlərin sayı 73-ə çatıb.
Dekabrın 1-də “Anadolu” agentliyinin operatoru Muntasir əs-Səvvaf İsrailin mühasirədə olan Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində həlak olub.
Gununsesi.info