Polşa Slovakiya ilə sərhəddə nəzarəti bu tarixədək uzatdı

Polşanın daxili işlər və administrasiya naziri Pavel Şefernaker Slovakiya ilə sərhəddə miqrasiya təzyiqinin qarşısını almaq üçün tətbiq edilən nəzarəti daha 30 gün – 2 yanvar 2024-cü ilə qədər uzadıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Polşa və Slovakiya arasında sərhəd nəzarətinin davam etdirilməsinin “ciddi qeyri-qanuni immiqrasiya təhlükəsi səbəbindən daxili təhlükəsizliyi və ictimai asayişi təmin etmək üçün” zəruri olduğu bildirilir.

Polşa ilk dəfə oktyabrın 4-də Şengen zonası qaydalarına uyğun olaraq təcili tədbir kimi Slovakiya ilə sərhəddə nəzarət tətbiq edib. Bir neçə dəfə, ən son dekabrın 3-dək uzadılıb.

Ümumilikdə, Şengen zonasında bu cür gücləndirilmiş yoxlama tədbirləri iki aydan çox davam edə bilməz, buna görə də yanvar ayından sonra dayandırıla bilər.

Avropa İttifaqının 27 üzv dövlətinin təxminən yarısı son aylarda daxili sərhədlərdə müvəqqəti yoxlamaları bərpa edib, bu, Şengen bölgəsinə tətbiq olunan normal vizasız səyahət rejimindən kənara çıxıb.

Bəzi Avropa İttifaqı hökumətləri Serbiyadan Macarıstana uzanan Balkan miqrasiya marşrutu üzərində artan təzyiqin region ölkələrindən daha sərt reaksiya tələb etməsindən narahatdır.

Gununsesi.info