Putin yanan təyyarədən sərnişinləri xilas edənləri mükafatlandırdı

Putin yanan təyyarədən sərnişinləri xilas edənləri mükafatlandırdı

Rusiya prezidenti Vladimir Putin elm və mədəniyyət xadimlərini, çoxuşaqlı anaları, dövlət qulluqçularını təltif edib.

Gununsesi.org Rusiya KİV-nə istinadən xəbər verir ki, onların arasında iyunda Nijneanqarsk aeroportunda yanan An-24 təyyarəsində sərnişinlərin həyatını xilas edən ekipaj üzvləri də var.

 Mühərriklərindən birinin işləməmsi səbəbindən məcburi eniş zamanı yanmağa başlayan laynerdən insanları çıxarmağa kömək edən bələdçi Yelena Laputskaya, ikinci pilot Sergey Sazonov “Nesterov” ordeni ilə təltif olunub. Komandir Oleq Bardanov və mühəndis Vladimir Kolomin isə ölümündən sonra “İgidliyə görə” medalına layiq görülüblər.
Gununsesi.org

COMMENTS