Türkiyənin mərkəzində – Saraykent bölgəsindəki Ozan kəndi yaxınlığında 27 nəfərdən çox tələbənin müxtəlif xəsarətlər alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.org-un verdiyi məlumata görə, hadisə Akdağmadenindən Yozgat istiqamətində hərəkət edən sərnişin avtobusunun sürücüsünün idarəetməni itirməsi səbəbindən baş verib.
Xəsarət alan tələbələrin əksəriyyəti Akdağmadeni, Sorgun və Saraykent rayonlarındakı xəstəxanalara çatdırılıb.
Gununsesi.org
COMMENTS