29 oktyabrda İstanbulun Sultanəhməd meydanında Cümhuriyyət bayramı təntənəli şəkildə qeyd olunub.
Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, müstəqilliyin 96-cı ildönümü münasibətilə keçirilən konsert proqramına İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu ilə xanımı Dilək İmamoğlu qatılıb.
Konsert çərçivəsində səhnədə Şevval Sam, Fahir Atakoğlu, “Athena Grubu”nun əkiz qardaşları Gökhan ve Hakan Özoğuz çıxış edib.
D. İmamoğlu zərif tərzi ilə gecəyə damğa vurub. Sosial şəbəkələrdə paylaşılan fotolarda onu “Bax, əsl Cümhuriyyət qadını” kimi təqdim ediblər.
COMMENTS