ABŞ prezidenti Donald Tramp öz “Twiiter” səhifəsində elə Amerika kəşfiyyatının özünün qondardığı “İŞİD”-in lideri Əbu Bəkr əl-Bağdadinin Suriyanın şimal-qərbində guya məhv edilməsi zamanı “Delta” xüsusi bölməsinin əməliyyatında iştirak edən bir itin (Belçika ovçarkası- çoban iti malinya) foto-şəkilini paylaşıb.
Gununsesi.org xəbər verir ki, bu haqda İsrail mediası məlumat yayıb.
“Biz “İŞİD” lideri Əbu Bəkr əl-Bağdadinin tutulması və aradan qaldırılması üçün BÖYÜK işlər görmüş gözəl -bir itin (adı açıqlanmır) fotoşəklini üzə çıxardıq” –deyə ABŞ lideri yazıb.
Daha əvvəl bu itin əl-Bağdadinin gizlənməyə çalışdığı tunelin partlaması və çökməsi nəticəsində xəsarət aldığı bildirilmişdi. Hazırda həmin ovçarkanın fotosunu dünyanın bütün aparıcı KİV-i yayımlayır.
ABŞ Müdafiə Nazirliyindən Suriyadakı əməliyyat zamanı yaralanan çoban itinin sağ olduğu və reabilitasiya əməliyyatı keçirdiyi bildirilib. Son məlumatlara görə, bu ovçarkanı orduda saxlamaq planlaşdırılır.

Gununsesi.org
COMMENTS