Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.
Gununsesi.org-un məlumatına görə, turun son oyununda “Qarabağ” “Səbail”lə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Görüşdəki yeganə qol 86-cı dəqiqədə vurulub. Qara Qarayevin zərbəsi dəqiq alınıb.
Bu nəticədən sonra “Qarabağ” 25-ci xalını qazanıb və liderliyini daha da möhkəmləndirib. “Səbail” isə 10 xalla 4-5-ci yerləri bölüşdürür.
Qeyd edək ki, turun ilk 3 oyununda “Keşlə” evdə “Qəbələ”ni 2:1, “Neftçi” səfərdə “Sumqayıt”ı 4:2 hesabı ilə yenib, “Sabah” – “Zirə” matçında isə qalib müəyyənləşməyib – 2:2.
Gununsesi.org
COMMENTS