“Azərbaycanlı qaçqınlar Zəngilana qayıdır, həyatlarını bərpa edirlər” -Amerikalı professor

“Naval postgraduate school”un (ABŞ) professoru və Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer Zəngilanla bağlı təəssüratlarını bölüşüb.

Gununsesi.info xəbər verir ki, o bu barədə “X”də yazıb.

“Azərbaycana, Zəngilana səfər etmək çox gözəl idi. Bura İran, Ermənistan və Azərbaycanın görüş nöqtəsində strateji bir şəhərdir və Türkiyə ilə sərhəd 40 kilometr məsafədədir. Zəngilan 27 il Ermənistanın işğalı altında olub. Azərbaycanlı qaçqınlar indi Zəngilana qayıdır və öz həyatlarını bərpa edirlər. Şəhərdə ən müasir hava limanı var. Aeroportdan qonşu İranın dağlarının gözəl mənzərəsi görünür”,-o qeyd edib.

 

Gununsesi.info