Anqolanın paytaxtı Luandada şiddətli yağışlar səbəbindən yaranan sel nəticəsində azı 41 nəfər ölüb.
Gununsesi.org xarici mətbuata istinadən xəbər verir ki, bazar ertəsindən başlayan yağışlar 4 gündür davam edir. Daxili işlər naziri Eugenio Laborinho ölkənin 18 əyalətindən 12-sinin selə məruz qaldığını açıqlayıb. Təbii fəlakət nəticəsində 300-dən çox ev dağılıb, infrastruktura, əkin sahələrinə ciddi ziyan dəyib. Sel səbəbindən bəzi xəstəliklərin yayıla biləcəyindən ehtiyat edilir.
Elektrik kəsintiləri ilə yanaşı, ölkədə içməli su sahəsində də ciddi problem yaşanır.
COMMENTS