“Səhər yuxudan oyandım ki, ağzım əyilib” –VİDEO

“Səhər yuxudan oyandım ki, ağzım əyilib” –

Əməkdar artist Mətanət İsgəndərlinin başına iş gəlib.

Gununsesi.org xəbər verir ki, müğənni “5 gəlin” proqramına ailəsi ilə birlikdə qonaq olub. İfaçı bildirib ki, son günlər yuxuda qorxulu hadisə gəlib:

“Neçə vaxtdır yuxuda qışqırıram. Başımın üstündə adam dayanır. Qışqırıram ki, get, getmir, dayanıb baxır. Axırda getdi. Yenicə yuxuya getmişdim ki, hiss etdim beynimə çəkiclə vurdular. Qışqırdım, atam da eşitdi. Yuxu deyildi, real hadisə idi. Səhər yuxudan oyandım ki, ağzım əyilib, göyərib. Atam məni görüb, ağlamaqdan dayanmadı. Atam seyid ailəsindəndir. Əlini üzümə çəkdi, dualar oxudu, düzəldim”.

Gununsesi.org 

 

COMMENTS