İspaniya klubu Azərbaycan millisinin üzvünü transfer etdi

İspaniya klubu Azərbaycan millisinin üzvünü transfer etdi

Futzal üzrə Azərbaycan yığma komandasının üzvü Rafael Vilela (Karvalho dos Santos) özünə yeni klub tapıb.

 Gununsesi.org xəbər verir ki, braziliyalı futbolçu karyerasını İspaniyanın “Palma Futsal” komandasında davam etdirəcək. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Rafael Vilela 2017-ci ildə İranın İsfahan şəhərində təşkil olunmuş beynəlxalq turnirdə Azərbaycan millisnin heyətində çıxış edib.

Vilela Yüksək Liqanın 2017/18-ci il mövsümünün yarısını “Araz”ın heyətində keçirib, UEFA kubokunda iştirak edib.

Gununsesi.org

 

COMMENTS