
Putin satqınları bağışlamayacaq, Priqojinə qarşı sui-qəsd ola bilər.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya üzrə ekspert və “Wilson Center”in üzvü Cil Dagerti bildirib. O idda edir ki, Belarusa gedən Priqojin təhlükədən kənarda deyil.
Cil Dagerti hesab edir ki, Priqojinin “Belarusda öldürüldüyəcəyini” görmək mümkündür. Lakin bu, Moskva üçün çətin dilemma olacaq, çünki “nə qədər ki, Priqojinin dəstəyi var, o, harada olursa olsun, təhlükəlidir”.
Əlavə edək ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin yaradıcısı Yevgeni Priqojin Rusiya ordusunu “Vaqner”ə hücum təşkil etməkdə ittiham edib və onları cavab verməklə hədələyib. “Vaqner” döyüşçüləri iyunun 24-də Ukraynanı tərk edərək sərhəd Rostov vilayətinə daxil olublar.
Bir neçə gün davam edən qarşıdurmalardan sonra bildirilib ki, Yevgeni Priqojin Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiyada gərginliyin azaldılması təklifini qəbul edib və geri çəkilib.
Gununsesi.info