d

Kür çayına növbəti dəfə balıq körpələri buraxıldı - Fotolar

Neftçala rayonunda yerləşən “Xıllı balıq” MMC-də yetişdirilən 600 000 ədəd nərəcinsli balıq körpəsi, o cümlədən adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilən 10 000 ədəd kələmo balığı Kür çayına buraxılıb.

Bu barədə Gununsesi.info-ya Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

HTML tutorial

Xidmət rəsmisi balıq yetişdirən müəssisələri balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə verməyə, vətəndaşları isə balıq ehtiyatlarının artımının qarşısını alan hərəkətlərdən imtina etməyə çağırıb.