BMT-dən Qəzza ilə bağlı dəhşətli rəqəmlər: Hər 10 dəqiqədə bir uşaq ölür

İsrailin Qəzza zolağına endirdiyi zərbələr hər 10 dəqiqədə bir uşaq ölür, daha iki uşaq isə yaralanır.

Gununsesi.info xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) məlumatında qeyd olunub.

Agentlik münaqişə zamanı mülki şəxslərin müdafiəsinə çağırıb.

BMT-nin baş katibi Antonio Quterreş öz növbəsində jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, “Qəzza uşaqlar üçün qəbiristanlığa çevrilir”.

Dünya Təşkilatının rəhbərinin sözlərinə görə, Fələstin anklavında “hər gün yüzlərlə qız və oğlan öldürülür və yaralanır”.

Quterreş bildirib ki, BMT və Təşkilatın humanitar tərəfdaşları 2,7 milyon insana – Qəzza zolağının bütün əhalisinə və Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilindəki yarım milyon fələstinliyə kömək etmək üçün 1,2 milyard dollar dəyərində humanitar müraciətə başlayıblar.

Gununsesi.info