Prezident Baydenin rüşvət alması isbat edildi

  • By arzu
  • 22 İyul 2023 16:05

Amerikalı senator Chuck Grassley ABŞ Prezidenti Co Baydenin rüşvət alması ilə bağlı sənəd paylaşıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Baydenin Prezident köməkçisi işlədiyi dönəmdə “yad kökənli birinin də yer aldığı qanunsuz puş alış-verişi etməsi” iddiasına yer verən Federal Araşdırma Bürosu sənədini ictimaiyyətlə paylaşıb.

Grassley mövzu ilə bağlı açıqlmasında Ədliyyə Nazirliyi və Federal Araşdırmalar Bürosunun Baydenin Prezident köməkçisi olduğu dönəmdə “rüşvət planına” qarışması iddialarına dair detal verməsi haqqında basqı etdiyini bildirib.

Grassley dövlət qurumlarının bu mövzuda gərəkli addım atmadığını söyləyib.

Grassleyin paylaşdığı Federal Araşdırmalar Bürosu sənədində Ukraynalı enerji şidkəti “Burisma”nın üst idarəçisinin mövzu ilə bağlı Federal Araşdırmalar Bürosuna bilgi verən adı açıqlanmayan şahidə Bayden və oğlu Hunter toplamda 10 milyon dollar rüşvət verdiyini söylədiyi iddia edilir.

Sənəddə, ayrıca “Burisma” üst idarəçisinin şirkəti araşdıran Ukraynadan olan bir prokurorun qovulması üçün Prezident Bayden və oğluna pul ödəməyə “məcbur edildiyi” iddiası yer alır.

Gununsesi.info