Hakan Fidan Pakistanın XİN başçısı ilə danışdı

  • By arzu
  • 22 İyul 2023 14:59

Türkiyənin Xarici İşlər Naziri (XİN) Hakan Fidan Pakistanın XİN başçısı ilə danışıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, telefon danışığı zamanı Pakistanın Baş diplomatı Bilaval Bhutto Zardarı ilə Fidan son dönəmlərdə Qaradənizdə yaşananları müzakirə ediblər.

Fidan-Zardari dialoqunda Taxıl Anlaşması cəhdləri və son dönəmlərdə  müsəlmanların müqəddəs kitabı olan “Quran” yönəlik hücumlar haqqında fikir alış-verişi edilib.

Eləcə də, bu cür hücumlara qarşı İslam Əməkdaşlıq Təşkilatının hərəkətə keçirilməsi və alınacaq ortaq tədbirlər ələ alınıb.

 

Gununsesi.info