ABŞ Trampa qarşı yeni ittihamlar irəli sürür

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Corciyada 2020-ci il seçkilərinin nəticələrini ləğv etmək cəhdləri araşdırılıb. Fulton dairəsinin prokuroru Trampı reketçilikdə ittiham etmək üçün kifayət qədər sübut toplayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

“The Guardian” yazır ki, mənbələr reket ittihamlarının şahidlərə təsir etmək və səsvermə maşınlarına qarşı qanunsuz müdaxiləyə əsaslanır.

Qeyd edilir ki, hələlik prokurorun sübut kimi hansısa dəlilləri tam göstərəcəyi bəlli deyil.

“İki nəfərin fikrincə, kompüterə müdaxilə ittihamı ilə prokurorlar sübut etməlidirlər ki, müttəhimlər proqrama və ya məlumatlara müdaxilə etmək səlahiyyəti olmadan kompüter və ya şəbəkədən istifadə ediblər. “

Qeyd edək ki, bu ildən Tramp eyni anda bir neçə cinayət işi üzrə ittiham olunub. Ona qarşı sürülən ittihamlara baxmayaraq Tramp bütün hallarda özünü təqsirsiz bilir . Tramp özünə qarşı irəli sürülən ittiham və aparılan araşdırmaları Co Bayden tərəfindən siyasi təqib kimi adlandırır.

 

 

Tərcümə

Şəbnəm

Gununsesi.info