Mirzə Xəzər vəfat edib

Mirzə Xəzər vəfat edib

Tanınmış jurnalist və publisist, “Azadlıq” radiosunun Azərbaycan bölməsinin baş redaktorunun sabiq müavini Mirzə Xəzər vəfat edib.

Gununsesi.org xəbər verir ki, o, 73 yaşında dünyasını dəyişib.

Mirzə Xəzər 1947-ci ilin noyabrında Göyçayda anadan olub. 1973-cu ilin iyununda Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 1974-cü ilin yanvar ayınadək Sumqayıtda vəkil işləyib. 1974-cü ilin iyun ayında SSRİ-ni tərk edib, İsrailə mühacirət edib. 1975-ci ildə İsraildə Tel-Əviv Universitetinin SSRİ-dən gəlmiş hüquqşunaslar üçün açılan xüsusi kurslarında oxuyub. 1975-1976-cı illərdə İsrail ordusunda xidmət edib.

 

Gununsesi.org

COMMENTS