Suriyanın Ras əl-Ayn şəhərinin qərbindəki Tell-Xələf kəndində partlayıcı qurğu yerləşdirilmiş avtomobilin partlaması nəticəsində azı 17 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
Gununsesi.org xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik partlayışa görə PKK və YPG terror qruplaşmalarını günahlandırıb.
“PKK/YPG terror qruplaşmaları mülki şəxslərin məskunlaşdığı ərazilərdə avtomobillərin partladılmasını davam etdirir”, deyə nazirliyin “Twitter” səhifəsində qeyd olunub.
COMMENTS