Çinin cənub-qərbində tikilməkdə olan avtomobil tunelinin çökməsi nəticəsində ən azı dörd nəfər həlak olub, daha səkkiz nəfər dağıntılar altında qalıb.
Gununsesi.org-un APA-ya istinadən xəbərinə görə, hadisə Linzan şəhəri yaxınlığındakı ekspress yolunda yerləşən tunelin çıxışında baş verib.
Hadisə yerində xilasedicilər işləyir. Araşdırma aparılır, qəzanın səbəbləri müəyyənləşdirilir.
COMMENTS