Albaniyada zəlzələ qurbanlarının sayı artaraq 30 nəfər olub.
Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, xəsarət alanların sayı isə 650 nəfərdir. Onların vəziyyəti kritikdir. Axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Qeyd edək ki, bu gün Albaniya hökuməti ölkədə matəm elan edib.
Xatırladaq ki, Albaniyada noyabrın 25-da 6,4 bal gücündə zəlzələ baş verib.
Gununsesi.org
COMMENTS