Ermənistan parlamentinin deputatları Bakıya səfər edə bilər.
Gununsesi.org Modern.az-a istinadən xəbər verir ki, iki ölkənin jurnalistlərinin qarşılıqlı səfərlərindən sonra, bu dəfə gündəmdə qarşılıqlı deputat səfərləri var.
“Barışığa hazırlıq prosesi çərçivəsində iki ölkə deputatlarının qarşılıqlı səfərləri müzakirə olunur”, – deyə “Qrapark” qəzeti yazır.
Artıq səfərlə bağlı ilkin müzakirələr aparılıb. “Qrapark” qeyd edir ki, rəsmi Bakı yeganə olaraq “Çiçəklənən Ermənistan” partiyasından deputat Nairi Zoqrabyanın səfərinə veto qoyub.
COMMENTS