Moralesi dəstəkləmiş 20-yə yaxın siyasətçi Meksika səfirliyinə sığınıb – Barələrində həbs qərarı verildi

Moralesi dəstəkləmiş 20-yə yaxın siyasətçi Meksika səfirliyinə sığınıb – Barələrində həbs qərarı verildi

Boliviyanın keçmiş prezidenti Evo Moralisə bağlı olan siyasətçilər Meksikanın bu ölkədəki səfirliyinə sığınıb.

Gununsesi.org “Report”-a istinadən xəbər verir ki, bunu Boliviyanin Xarici İşlər naziri vəzifəsini müvəqqəti icra Karen Lonqarik “Fides” radiosuna müsahibəsində deyib.

O, qeyd edib ki, Meksika səfirliyindən diplomatik sığınacaq almış 20 siyasətçi var və onların dördü barədə həbs qərarı çıxarılıb:

“Yəni Meksika səfirliyi onların ölkəni tərk etməsinə icazə verə bilməz”.

Gununsesi.org

COMMENTS