
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaçi Haneqbi ilə telefon danışığı aparıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Təhlükəsizlik Şurası məlumat yayıb.
Telefon danışığı zamanı Yaxın Şərqdə münaqişənin qarşısını almaq üçün bütün tərəflərin təmkinli olmasının vacibliyi diqqətə çatdırılıb.
“Söhbət zamanı vurğulanıb ki, Rusiya fikir ayrılıqlarının müstəsna olaraq siyasi və diplomatik yollarla həllinin tərəfdarıdır”, – açıqlamada bildirilib.