Rusiyada daşqın nəticəsində 3 nəfər ölüb

  • By Mina
  • 06 Aprel 2024 15:06

Rusiyanın Orenburq vilayətində yağan güclü yağış daşqınlara səbəb olub.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həlak olub.

 

Qazaxıstan sərhəddinə yaxın bölgədə 4200-dən çox ev və 11 minə yaxın insan daşqından zərər çəkib.

 

Yaz daşqınları ilə əlaqədar həftənin əvvəlində bölgədə fövqəladə vəziyyət elan edilib.

 

Bildirilib ki, suyun səviyyəsinin qalxması davam edir.

 

Gununsesi.info