Qadınların maaşı bu hallarda artırıla bilər

Elmi dərəcəsi olan işləyən qadınların maaşları artırıla, onlara əlavə məzuniyyət günü verilə bilər.

Gununsesi.info-nun verdiyi məlumata görə, bu “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il sentyabrın 1-dək elmi dərəcəsi olan işləyən qadınların maaşlarına artım və ya əlavə məzuniyyət gününün verilməsi imkanlarının beynəlxalq təcrübədə araşdırılması və müvafiq təkliflərin hazırlanaraq Komissiyaya (Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya – red.) təqdim edilməsi tapşırılıb.

Gununsesi.info