
Siz haqlı olaraq həmvətənləriniz arasında və ölkə hüdudları xaricində böyük hörmətə maliksiniz.
Gununsesi.info xəbər verir ki, bu fikirlər Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda yer alıb.
“Sizin rəhbərliyinizlə dost Azərbaycan iqtisadi və sosial sahələrdə əhəmiyyətli uğurlara nail olur, regional və beynəlxalq məsələlərdə mühüm rol oynayır. Sizin ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə töhfəniz misilsizdir”, – məktubda vurğulanıb.
Gununsesi.info