Ağstafada iki bacı qazdan zəhərlənib

  • By ilhame
  • 20 Dekabr 2023 22:29

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

 

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Poylu kəndində baş verib.

 

Kənd sakinləri, iki bacı – 2011-ci il təvəllüdlü R.Hacızadə və 2013-cü il təvəllüdlü G.Hacızadə yaşadıqları evin vanna otağında dəm qazından zəhərlənib.

 

Hər iki yeniyetmə xəstəxanaya yerləşdirilib.

 

Dərhal onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Gununsesi.info