Engin Özer: “Paşinyan ultranasionalistləri nəzarətə götürəcək və Zəngəzur dəhlizinin açılmasını elan edəcək”

“Ermənistan rəhbərliyi anlayır ki, Zəngəzur dəhlizi olmadan Ermənistanın Türkiyə, Azərbaycan, Qərb və Çinlə heç bir iqtisadi əlaqə olmayacaq”.

Gununsesi.info xəbər verir ki, bu sözləri türkiyəli politoloq Engin Özer Oxu.Az-a açıqlamasında bildirib.

“Düşünürəm ki, Nikol Paşinyana ultranasionalistləri nəzarətə götürmək üçün bir az daha vaxt lazımdır. Sonra Zəngəzur dəhlizinin açılması ilə bağlı elan olacaq”.

O bildirib ki, digər məsələ Rusiya faktorudur:

“Rusiya bu nəqliyyat dəhlizinin açılmasında nə dərəcədə maraqlıdır və Moskva Ermənistana necə təsir edə bilər?”

Türkiyəli politoloq vurğulayıb ki, Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir:

“Nikol Paşinyan sənədə öz imzasını çəkib, bu da o deməkdir ki, kommunikasiyalar açılacaq. Nə zaman olacağı isə başqa sualdır. Hesab edirəm ki, məsələnin praktiki həlli il yarımdan sonra başlayacaq”.