“Dünyada hər kritik məsələdə söz sahibiyik” – Ərdoğan

“Artıq heç kimin, heç bir gücün ölkəmizə, millətimizə, gənclərimizə itkilər verdirməsinə imkan verməyəcəyik”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bitlisdə Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

“Dünən öz sərhədləri içərisində varlıq-yoxluq mübarizəsi aparan bir ölkədən bu gün bölgədə və dünyada hər kritik məsələdə söz sahibi olan ölkəyə çevrilmişik”.

Ərdoğan çıxışı zamanı Malazgirt döyüşündə həyatını itirənləri də yad edib: “Millətimizə Anadolunun qapılarını açan böyük zəfərin 950-ci ildönümündə bu torpaqların vətənimiz olmasına və bu şəkildə qalmasına görə gözlərini qırpmadan canlarını ortaya qoyan bütün şəhidlərimizi, qazilərimizi, qəhrəmanlarımızı rəhmətlə, şükranla yad edirəm”.