
Xəbər verdiyimiz kimi, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən, partlayış baş verən mebel sexinin sahibinin kimliyi müəyyənləşib.
Gununsesi.info xəbər verir ki, sözügedən mebel sexi Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşlarına məxsusdur.
Obyekt Binəqədi rayonundakı keçmiş Ağac Emalı Zavodunun ərazisində yerləşir. Sözügedən zavod illər əvvəl Nazim İbrahimovun qardaşı, “İBRA Holdinq”in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hazırda həmin mebel sexi borca görə Azərbaycan Beynəlxalq Bankının girovluğundadır.
Qeyd edək ki, yanvarın 15-də baş verən hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Ümumilikdə 24 nəfər xəsarət alıb.
Gununsesi.info