
Ankara və İrəvan normallaşma prosesi çərçivəsində qarşılıqlı addımlar atarkən erməni mətbuatından təxribat xarakterli yazı yayınlanıb.
Gununsesi.info xəbər verir ki, ABŞ-da nəşr olunan və erməni diasporunun sözçüsü kimi fəaliyyət göstərən “Armenian Weekly” qəzetində “Şəxsi maraqlarınız üçün bazarlıq edin və ən pisə hazırlaşın” sərlövhəli məqalə dərc olunub.
Stepan Piliqyan adlı erməninin müəllifi olduğu məqalədə Atatürk və Ərdoğanla bağlı qalmaqallı açıqlamalar verilib.
Təxribat xarakterli yazıda aşağıdakı qalmaqallı ifadələr yer alıb:
“Sülh üçün sonsuz səyahətimizdə daha bir ümid və narahatlıq həftəsi oldu. İncildə adı çəkilən Araratın (Ağrıdağ -red.) kölgəsində yaşamaq, eyni zamanda zalım türklərin vəhşiliyinə dözmək bizim üçün həm acı, həm də şirin şans idi. İttihad paşaları dövründən amansız Kamala (Mustafa Kamal Atatürkü nəzərdə tutur -red.) və indi də irqçi fürsətçi prezident Rəcəb Tayyib Ərdoğana qədər Türkiyə dinc xristian xalqının başına bir bəla olub”.
“Armenian Weekly” Azərbaycanla sülh sazişinin əngəllənməsi haqqında qondarma iddiaya heç bir dəlil təqdim etməsə də, Ermənistanın buna görə də hərbi potensialını artırmalı olduğunu yazıb.
Gununsesi.info