Zelenskidən sərt AÇIQLAMA: “Çinin baş naziri mənim səviyyəmdə deyil”

Ukrayna prezidenti Vladimir Zelenski  deyib ki, Çinin baş naziri Li onun səviyyəsində deyil.

Gununsesi.info bildirir ki, Zelenski bu həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumu sammitində Çinin baş naziri Li Qianqın onunla görüşməkdən imtina etməsi xəbəri ilə bağlı sərt açıqlamalar verib.

“Baş nazirimiz Çinin baş naziri ilə görüşür. Mən Çin lideri ilə görüşmək istərdim. Bildiyimə görə, qərarları Çin prezidenti Si Cinpin verir. Ukraynada da qərarları mən verirəm. Sıradan dialoqa ehtiyacım yoxdur. Mənə qərar verən liderlər lazımdır”, – deyə o bildirib

Bundan əvvəl mətbuatda Çinin baş naziri Linin Davosda Zelenski ilə görüşməkdən imtina etdiyi iddia edilmişdi.

Çin Ukrayna-Rusiya müharibəsində Moskvaya dəstək verən ölkələr sırasındadır.

Gununsesi.info