Prokuror Təranə Səmədovaya 7 il 6 ay həbs cəzası istədi

Tanınmış prodüser Təranə Səmədova və onunla birgə ittiham edilən Rasim Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

Gununsesi.info -nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror T.Səmədovanın 7 il 6 ay, R.Həsənovun 8 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini tələb edib.

Vəkillərə müdafiə çıxışına hazırlaşmaq üçün vaxt verilib.

Xatırladaq ki, Təranə Səmədova ötən ilin fevralında həbs olunub. O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.

 

Gununsesi.info