Parisdə Fələstinə dəstək nümayişi

Həmkarlar ittifaqlarının çağırışı ilə Parisdə Respublika meydanına toplaşan nümayişçilər İsrail-Fələstin münaqişəsinə son qoyulmasını tələb ediblər.

Gununsesi.info xəbər verir ki, etirazçılar əllərində “Bombalamanı dayandırın!” “Atəşkəs” sözləri yazılmış plakatlar qaldırıblar,  həmçinin Fələstinə və Qəzza zolağına dəstək şüarları səsləndirilib.

Nümayişçilərdən “Anadolu” agentliyinə danışan Fransa İnsan Haqları Liqasının (LDH) üzvü Emeline Perrin torpaqlarından didərgin və evlərindən didərgin salınan fələstinlilərə heç bir həll təklifi verilmədiyini bildirib: “Almanların yəhudilərə etdiklərinin əvəzini fələstinlilər ödəməli deyil”.

Perrin fələstinliləri dəstəklədiyini vurğulayarkən mülki əhalinin əziyyət çəkməsini istəmədiyini qeyd edib.

Nümayişçinin sözlərinə görə, o, bir fransız kimi Fransa hökumətinin münaqişəyə münasibətindən utanır.

“İsrailin “çılğın cinayətlərini” dəstəkləyən Fransa prezidenti Emmanuel Makron bir gün ədalət qarşısında cavab verməli olacaq”, – deyə o bildirib.

Aksiyanın digər iştirakçısı Marso Labadie də Fələstinə dəstəyin vacibliyini qeyd edib. “Hazırda Yaxın Şərqdə baş verənlər dəhşətlidir.

Gununsesi.info