
Oktyabrın sonunda Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin görüşü olmayacaq.
Gununsesi.info xəbər verir ki, bu haqda Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar məlumat verib. O, görüşün baş tutmamasının səbəbi kimi vaxt çatışmazlığını göstərib.
“Məqsədimiz Qarabağ ermənilərinin öz evlərinə qayıtmasıdır. Əliyevin qatılmadığı Qranada görüşünün əhəmiyyətini vurğulayaraq hazırda Brüsseldə Paşinyan-Əliyev görüşünü təşkil etməyə çalışırıq”, – deyən Klaar mümkün yeni tarixləri açıqlamayıb.
“Prosesin ləng getməsinə baxmayaraq, inanırıq ki, nəticədə sənəd imzalanacaq”, – avropalı deputat vurğulayıb.
Oktyabrın 23-də Tehranda Türkiyə, İran, Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin “3+3” formatında (Gürcüstan görüşə qatılmayıb) görüşünə gəlincə, Klaar deyib ki, bu format problemləri həll etməsə də, faydalı ola bilər, “ziddiyyət yoxdur”.
Oktyabrın sonunda Brüsseldə mümkün üçtərəfli görüşün anonsunu Aİ Şurasının prezidenti Ş.Mişel vermişdi. Ayın əvvəlində Qranada görüşünə isə prezident Əliyev qatılmayıb. Rəsmi Bakı görüşdə Türkiyənin də iştirakını istəmişdi. Bu təklifi Almaniya və Fransanın qəbul etmədiyi xəbər verilirdi.
Gununsesi.info