“Pandemiyadan sonrakı dövrdə ən aktual məsələlərdən biri məhz TV-lərin nufuzunu necə bərpa etmək olacaq”- FAZİL MUSTAFA

“Pandemiyadan sonrakı dövrdə ən aktual məsələlərdən biri məhz TV-lərin nufuzunu necə bərpa etmək olacaq”

yazıçı, keçmiş səfir Xeyrəddin Qoca ara-sıra tikanlı açıqlamaları ilə gündəmə gəlir və etiraf edək ki, onun haqlı tənqidi mövqeyi cəmiyyətdə rəğbətlə qarşılanır.  Bu dəfə isə o Moderator.az-a açıqlamasında televiziyaları quru yuyub yaş sərib:
Həmin açıqlama bu linkdə: https://www.moderator.az/news/320966.html
Görəsən, niyə ölkə telekanalları nə cür mağmın gündə olduqlarını karantin günlərində ortaya qoydular və obrazlı desək, karantindən keçə bilmədilər?
Millət vəkili Fazil Mustafa isə bir qədər fərqli düşünür. Onun Moderator.az-a açıqlamasından belə başa düşülür ki, o, Xeyrəddin Qoca qədər televiziya jurnalistikasından bədgüman deyil:
“Televiziyaları indiki vəziyyətdə qınamazdım. Efirə adam çağırmanın özü böyük problemdir. İnsanlar evlərindədir, onların vaxtını hansısa verilişlərlə doldurmaq siyasətindən başqa bir şey düşünmürlər. Əlbəttə, daha azad proqram siyasətinə sahib olsaydılar verilişlərin məzmunu da dəyişirdi. Ancaq reklam verən sahibkarların qıtlığı da məsələyə öz təsirini gösətrir. Hər bir halda indi hamını vəziyyətdən çıxmaq düşündürür. Pandemiyadan sonrakı dövrdə bəlkə də ən aktual məsələlərdən biri məhz televiziyaların nufuzunu necə bərpa etmək olacaq. Xəbərin inandırıcılığı sosial şəbəkədə daha önə çıxa bilirsə, televiziyaların bu rəqabətdə uduzduğu göz qabağındadır. Bir də cəmiyyətin tələbində bayağılıq amilləri yetərincədir. Bu cür verilişlərə tələb çox böyükdür. Bütün hallarda koronavirusla mübarizə dövründə televiziya jurnalistlərinin əziyyətini yerə vurmaq olmaz. Xeyli fədakarlıq etdilər”.
Gununsesi.org

COMMENTS