Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünün yekununa dair bəyanat yayılıb

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünün yekununa dair bəyanat yayılıb

Azərbaycan və Ermənistan XİN başçıları və ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıb. 

Gununsesi.org-un məlumatına görə, bəyanatda bildirilir ki, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti –  Fransa və Endryu Şofer – ABŞ) mart ayının ortalarından etibarən uzaqdan tez-tez məsləhətləşmələr aparıblar və aprelin 21-də keçirilən ortaq video konfrans da bunlardan biridir. Bu müzakirələrdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib.

Müzakirələr zamanı iştirakçılar qlobal səhiyyə böhranının regiona təsirini və regiondakı son hadisələri müzakirə ediblər.

Onlar həmçinin yanvarın 30-da Cenevrədə verilmiş birgə bəyanata uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı növbəti addımları nəzərdən keçiriblər.

COVID-19 pandemiyası nəticəsində yaranan fövqəladə vəziyyətə görə əvvəlcədən razılaşdırılmış humanitar təsvirlərin icrasının təxirə salınması etiraf edilib.

 

 

Gununsesi.org

COMMENTS