“Əfqanıstanda bütün tərəflərlə dialoqu davam etdiririk” – Çavuşoğlu

“Əfqanıstanda “Taliban” da daxil olmaqla, bütün tərəflərlə dialoqu davam etdiririk”

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Taliban”ın bu vaxta kimi verdiyi mesajları müsbət qiymətləndiririk”, – deyən XİN başçısı Türkiyənin təkcə öz vətəndaşlarının deyil, digər ölkələrin vətəndaşlarının da təxliyəsinə kömək edəcəyini diqqətə çatdırıb.