
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç həmvətənlərinə müraciət ünvanlayıb.
Gununsesi.info-nun “RİA Novosti”yə istinadla verdiyi məlumata görə, eks-prezident çıxışında Ukraynanın müstəqillik qazandığı 30 il ərzində yol verdiyi səhvləri analiz edib.
O hesab edir ki, ölkəsinin yol verdiyi ən böyük səhv Rusiya ilə mehriban qonşuluq münasibətlərindən imtina etməsi olub:
“Rusiyadan imtina Ukrayna cəmiyyətinin parçalanmasına, sosial qeyri-stabilliyə, dərin iqtisadi böhrana, milliyətçi təşkilatların azğınlaşmasına, müxalifətin təqib olunmasına, rejimə sərf etməyən KİV-lərin bağlanmasına gətirib çıxardı”.