Ölənlərin sayı 24 minə çatır - Qəzzada dəhşət

Qəzzada ölənlərin sayı 23 min 708-ə yüksəlib.

Gununsesi.info xəbər verir ki, Səhiyyə Nazirliyi itkilərlə bağlı yeni məlumat paylaşılıb.
Bildirilir ki, İsrailin Qəzza zolağına etdiyi hücumlarda son 24 saatda 151 fələstinli ölüb, 248 nəfər yaralanıb.
Bununla da, oktyabrın 7-dən bu yana hücumlarda həlak olan fələstinlilərin sayı 23 min 708-ə, yaralıların isə 60 min 5-ə çatıb.
Xatırladaq ki, 98 gündür Yaxın Şərqdə müharibə davam edir.