Türkiyədə seçkilər: Ərdoğan bu gün namizədləri açıqlayacaq

Türkiyə bütün diqqətini 2024-cü il martın 31-də keçiriləcək yerli seçkilərə cəmləyərkən hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası (AK Partiya) üçün kritik gün gəlib çatıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ictimaiyyətin maraqla gözlədiyi AK Partiyanın 26 vilayət üzrə irəli sürdüyü namizədlər bu gün ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Haliç Konqres Mərkəzində keçiriləcək mərasimdə açıqlanacaq.

Ərdoğan İstanbul da daxil olmaqla 11 böyük şəhər və 15 vilayətin bələdiyyə sədrliyinə namizədlərini İstanbulda açıqlayacaq.

Ərdoğan yanvarın 15-də Ankarada qalan bələdiyyə başqanlığına namizədləri açıqlayacaq. Rayon bələdiyyə sədrliyinə namizədlər yanvarın 15-dən sonra açıqlanacaq.

Gununsesi.info