Zelenski: NATO-nun Vaşinqtonda keçiriləcək sammiti Ukraynanın üzvlüyünü yaxınlaşdırmalıdır

zelenski

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, 2024-cü ilin iyulunda Vaşinqtonda keçiriləcək sammitdə NATO ölkələri Ukraynanın Alyansa üzvlüyünə bir addım daha yaxınlaşmalıdır.

Gununsesi.info xəbər verir ki, Ukrayna lideri bunu Riqada media nümayəndələrinə müsahibəsində deyib.

“Biz NATO ölkələrindən Ukraynanı Alyansa yaxınlaşdıran real addım görmək istərdik. Belə ki, durğunluq olmasın. Bu, uğurlu və güclü sammit olsun və NATO ölkələri bunu göstərsinlər ki, Rusiyadan qorxmurlar”, – Zelenski qeyd edib.

Onun sözlərinə görə, Ukrayna-NATO Şurasının işinin nəticələri bu qarşılıqlı fəaliyyət alətinin effektivliyini nümayiş etdirir ki, bu da Kiyev üçün vacib məsələlərin həllində tərəfdaş ölkələr arasında kommunikasiyanı yaxşılaşdırmağa imkan verir.

O qeyd edib ki, NATO-nun Vilnüs sammitində qəbul edilmiş G7 və Ukraynanın Birgə Bəyannaməsinə uyğun olaraq “təhlükəsizlik zəmanətləri” üzrə işlərə başlanılıb.

O, əlavə edib ki, “təhlükəsizlik təminatları” təkcə silah təminatı deyil, həm də maliyyə, İT və kiber dəstəyi əhatə edir və Ukraynanın NATO yolunda bir addımdır.

Bundan əvvəl Zelenski Vaşinqtonda keçiriləcək NATO sammitindən müdafiə və siyasi qərarlar alacağını gözlədiyini bildirib.

Gununsesi.info