Qırmızı dənizdə savaş genişlənir: Daha bir Avropa ölkəsi gəmi göndərdi

Danimarka gəmiləri husilərin hücumlarından qoruyan beynəlxalq koalisiyaya dəstək vermək üçün Qırmızı dənizə freqat göndərmək planlarını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lykke Rasmussen bildirib.

Rasmussen müttəfiqlərin Yəməndə husilərin mövqelərinə zərbələr endirdiyi əməliyyatı şərh edib.

Danimarkalı nazir Danimarkanın əməliyyatı dəstəklədiyini qeyd edib və Husilərin ticarət gəmilərinə hücumlarının cavabsız qala bilməyəcəyini vurğulayıb.

“Danimarka beynəlxalq müdafiə koalisiyasını freqatla dəstəkləyəcək”, – deyə Rasmussen bildirib.

Qeyd edək ki, bir gün əvvəl “Politico” xəbər vermişdi ki, Avropa İttifaqı Qırmızı dənizdəki gəmiləri Yəməndəki husilərin hücumlarından qorumaq üçün ən azı üç hərbi gəmi göndərmək niyyətindədir.

Xatırladaq ki, yanvarın 11-dən 12-nə keçən gecə ABŞ Böyük Britaniya ilə koordinasiya və Avstraliya, Kanada, Hollandiya və Bəhreynin dəstəyi ilə Yəməndəki husi hədəflərinə birgə zərbələr endirib.

Gununsesi.info